EN

İndiki Ermənistanı itirə bilərik, bunu dayandırın! Paşinyan

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ermənistanın gələcəyini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, sülh şəraitində, demokratik və hüquqi bir ölkə kimi təsəvvür edirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan informasiya texnologiyaları sahəsinin nümayəndələri ilə görüşü zamanı deyib.

“Xəyali və ideal bir vətən axtarışını dayandırmalıyıq, çünki Ermənistan bizim arzularımızın vətənidir. Biz onu tapmışıq və başqa birinə ehtiyac yoxdur. Əgər biz daim xəyali vətən haqqında düşünürüksə, mövcud olanı itirə bilərik. Lakin anlayanda ki, artıq arzularımıza çatmışıq, sakitləşib işə fokuslanırıq”-deyə o bildirib.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
globalinfo.az

1Sources