525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Bavariya”nın hücumçusu Harri Keynə illik 100 milyon avro məvacibli nəhəng müqavilə təklif edib.
525.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Bild” qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, səudiyyəlilər “Bavariya” və İngiltərə millisinin hücumçusu ilə ümumi dəyəri 300 milyon avro olan üçillik müqavilə imzalamağa hazırdır.
Əvvəllər 32 yaşlı hücumçu 2023-cü ildə Yaxın Şərq klublarının təkliflərini rədd etmişdi, lakin ingilis futbolçu növbəti yay bu təklifi nəzərdən keçirə bilər.
Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya keçib. O vaxtdan bəri bütün turnirlərdə 106 oyuna çıxaraq 103 qol vurub və 29 məhsuldar ötürmə edib. Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Keynin hazırkı bazat dəyəri 75 milyon avrodur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.