Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Bavariya”nın hücumçusu Harri Keynə illik 100 milyon avro maaş təklif edib.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, ərəblər ingilis forvardla 3 illik müqavilə imzalamağa hazırdır və ümumi məbləğ 300 milyon avro təşkil edir.
32 yaşlı futbolçu 2023-cü ildə Yaxın Şərq klublarının təklilərini rədd etmişdi, lakin gələn yay bu təklifi nəzərdən keçirə bilər.