EN

Şəmkirdə piyadanı naməlum avtomobil vuraraq öldürdü

Şəmkirdə avtomobil piyadanı vurub hadisə yerindən qaçıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1990-cı il təvəllüdlü D. Hüseynovu vurub. 
 

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat axtarış tədbirləri həyata keçirir.


Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
13
8
bizim.media

10Sources