Şəmkirdə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində baş verib.

Belə ki, naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 35 yaşlı D. Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata əsasən, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyən olunması istiqamətinə polis əməkdaşları axtarışlara başlayıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info