EN

Gürcüstanda yerli seçkilərdə “Gürcü arzusu” liderlik edir

Bakı. Trend:

Gürcüstanın hakim partiyası “Gürcü Arzusu – DemokratikGürcüstan” ölkədə keçirilən yerli seçkilərdə 80,79% səs qazanaraqinamla liderlik edib.

Trend-in məlumatına görə, bu, oktyabrın 5-də açıqlananseçkilərin ilkin nəticələrində qeyd olunub.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 3061 seçkiməntəqəsindən 2283-də səslər hesablanıb. Gürcüstan üzrə seçicifəallığı 40,93% təşkil edib, 1 438 116 vətəndaş səs verib.

Seçkilər şənbə günü bütün 64 bələdiyyədə keçirilib, buradaseçicilər merləri və yerli nümayəndə şuralarının (sakrebulo)üzvlərini seçiblər. Seçkilərdə iştirak etmək üçün ümumilikdə 3,5milyon seçici qeydiyyatdan keçib. Ölkə üzrə 3061 seçki məntəqəsifəaliyyət göstərib.

İlkin məlumatlara görə, bütün bələdiyyələrdə “Gürcü arzusu”liderlik edir. Müxalif “Güclü Gürcüstan – Lelo” partiyası 6,77faizlə ikinci, 3,87 faizlə "Qaxariya Gürcüstan üçün" üçüncü, 3,29faizlə "Girçi" partiyası üçüncüdür.

Digər partiyalar, o cümlədən Gürcüstan Naminə Mühafizəkarlar(2,76%), Vətənpərvərlər Alyansı (0,84%) və Vətən, Dil, İnam(0,37%), hər biri 3%-dən az səs toplayıb.

Seçkiləri 28 beynəlxalq və 27 yerli müşahidəçi təşkilat izləyib,ölkə üzrə 73-dən çox KİV-də işıqlandırılıb.

Yaxın günlərdə Mərkəzi Seçki Komissiyasının yekun nəticələriaçıqlayacağı gözlənilir.

Chosen
44
4
az.trend.az

5Sources