17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.
Rekord.az xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsində Fransa, İsrail və Rumıniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.
Qeyd edək ki, IX qrupda yer alan komanda oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya ilə qarşılaşacaq. Qrupun bütün oyunları Fransada keçiriləcək.
U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
Nr. | Adı / Soyadı | Klub |
1 | Rauf Əyyubov | Sabah |
2 | Nurəziz Əzizov | Neftçi |
3 | Kamil Həsənov | Marcet (İspaniya) |
4 | Kəmaləddin Cəfərli | Qarabağ |
5 | Uğur Qurbanlı | Qarabağ |
6 | Toğrul Mehdizadə | Sabah |
7 | Səttar Tahirzadə | Marcet (İspaniya) |
8 | Əli Kiçibəyov | Marcet (İspaniya) |
9 | İsmayıl Rzayev | Şəfa |
10 | Amin Rzayev | Qarabağ |
11 | Rəşad Gülüşov | Sabah |
12 | Nihad Hüseynzadə | Sabah |
13 | Nihad Cəfərzadə | Sabah |
14 | Abbas Zeynalov | Marcet (İspaniya) |
15 | Onur Əliyev | Qarabağ |
16 | Adnan Bunyatov | Marcet (İspaniya) |
17 | Əli Bəşirov | Qarabağ |
18 | Samir Şərifov | Sabah |
19 | Pünhan Kərimov | Marcet (İspaniya) |
20 | Nicat Kərimov | Sabah |
8 oktyabr
17:00. Fransa (U-17) - Azərbaycan (U-17)
"Bourret" stadionu, Kapbreton
Baş hakim: Marius Hansen Qrotta (Norveç).
11 oktyabr
20:00. İsrail (U-17) - Azərbaycan (U-17)
"Park de Sport" stadionu, Sen-Pol-le-Daks
Baş hakim: Marius Hansen Qrotta (Norveç).
14 oktyabr
17:00. Azərbaycan (U-17) – Rumıniya (U-17)
"Bourret" stadionu, Kapbreton
Baş hakim: Mateo Erceq (Xorvatiya).