AZ

Millimizin Avropa çempionatı üçün yekunn heyəti

style='margin-bottom:10px;'>

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa, İsrail və Rumıniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.

Qeyd edək ki, 9-cu qrupda yer alan komandamız oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya seçməsi ilə qarşılaşacaq. Qrupun bütün oyunları Fransada keçiriləcək.
 
Qapıçılar: Rauf Əyyubov ("Sabah"), Nurəziz Əzizov ("Neftçi")

Müdafiəçilər: Kəmaləddin Cəfərli ("Qarabağ"), Uğur Qurbanlı ("Qarabağ"), Toğrul Mehdizadə ("Sabah"), Əli Bəşirov ("Qarabağ"), Onur Əliyev ("Qarabağ")

Yarımmüdafiəçilər: Kamil Həsənov ("Marcet (İspaniya)"), Səttar Tahirzadə ("Marcet (İspaniya)"), Əli Kiçibəyov ("Marcet (İspaniya)"), Amin Rzayev ("Qarabağ"), Rəşad Gülüşov ("Sabah"), Nihad Hüseynzadə ("Sabah"), Nihad Cəfərzadə ("Sabah"), Abbas Zeynalov ("Marcet (İspaniya)"), Adnan Bunyatov ("Marcet (İspaniya)"), Nicat Kərimov ("Sabah")

Hücumçular: İsmayıl Rzayev ("Şəfa"), Samir Şərifov ("Sabah"), Pünhan Kərimov ("Marcet (İspaniya)")

 

 
8 oktyabr
Fransa (U-17) - Azərbaycan (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)
 
11 oktyabr

İsrail (U-17) - Azərbaycan (U-17)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)
 
14 oktyabr

Azərbaycan (U-17) – Rumıniya (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Mateo Erceq (Xorvatiya)
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)

 

Seçilən
6
6
teleqraf.com

10Mənbələr