EN

“Sabah”dan sual verdik, görün, nələr dedi: “Rəqibin adı bizi maraqlandırmır”

Premyer Liqanın debütantı “Karvan-Yevlax” bu gün “Sabah”la qarşılaşacaq.

Yevlaxdakı stadionun meydanı hazır olmadığından, bölgə təmsilçisi rəqibini Şamaxıda qəbul edəcək ki, oradakı arenanı “Sabah”ı üçün uğurlu saymaq olmaz. “Şamaxı” ilə oyunları yada salmaq kifayət edir.

Üstəlik, “Karvan-Yevlax”ın bir həftə öncə Bakıda “Neftçi” ilə qolsuz bərabərə qalması kollektivdə əhval-ruhiyyəni yükəldib.

Məlum oyunla bağlı Sportinfo.az-a danışan Yevlax komandasının Niderlanddan olan müdafiəçisi Şakil Sno qələbə istəyini gizlətməyib:

“Neftçi”ylə oyuna qədər nəticələr yaxşı deyildi. Lakin son oyunda əldə olunan bərabərlik komandada özünəinam yaratdı. Başa düşürük ki, istənilən rəqiblə matçda uğurlu nəticə əldə etmək mümkündür.

Rəqibin adı bizi maraqlandırmır. Önəmli olan öz oyunumuza diqqət yetirmək, mümkün qədər az səhv etməkdir. “Sabah”dan qorsaq, yaxud ehtiyat etsək, heç nə edə bilməyəcəyik.. Hər görüşdə olduğu kimi, bu dəfə də meydana qələbə üçün çıxacağıq. Bacaracağımıza inanıram”.

Bu gün Şamaxı şəhər stadionunda gerçəkləşəcək oyun saat 15:00-da başlayacaq.

HƏBİB

Chosen
15
sportinfo.az

1Sources