EN

Gürcüstanda iğtişaşlar: Kavelaşvili rəhbərlik edənləri ifşaladı

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Gürcüstandakı iğtişaşlara xaricdən xarici kəşfiyyat xidmətləri rəhbərlik edib”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib.

“Təəssüf ki, paralel olaraq hökumətin devrilməsi kampaniyası gedirdi, cəmiyyət vandalizm aktlarının və çağırışların şahidi oldu. Gürcüstanda hələ də xarici kəşfiyyat orqanlarının nəzarəti altında fəaliyyət göstərən qüvvələr var”, – o bildirib.

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Bu fonda müxalifət üzvləri  Tbilisidə etiraz aksiyası təşkil ediblər və bu aksiya polislə toqquşmaya çevrilib, gözyaşardıcı qazdan istifadə edilib və yaralananlar var. Mitinqə “Gürcü Arzusu” partiyasının seçkilərdə qalib gəldiyini elan etməsi və Avropaya inteqrasiya öhdəliyini dayandırmaq qərarı səbəb olub.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
4
globalinfo.az

10Sources