EN

Kavelaşvili: Gürcüstandakı iğtişaşların arxasında xarici qüvvələr dayanır

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkəsində baş verən iğtişaşlarda xarici xüsusi xidmət orqanlarını günahlandırıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, etiraz aksiyalarına paralel olaraq hakimiyyəti devirməyə yönəlmiş fəaliyyətlər müşahidə olunub.

“Cəmiyyət vandalizm aktlarını və çağırışları gördü. Təəssüf ki, Gürcüstanda hələ də xarici xüsusi xidmət orqanlarının idarəsi altında fəaliyyət göstərən qüvvələr var”, – deyə Kavelaşvili qeyd edib.

Prezident vurğulayıb ki, ölkədə hakimiyyətin zorakı yolla dəyişdirilməsi mümkün deyil və bu, yalnız seçkilər vasitəsilə həyata keçirilə bilər.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Seçkilər fonunda Tbilisidə müxalifət tərəfdarlarının keçirdiyi aksiya polis ilə toqquşmalara səbəb olub. Aksiyada gözyaşardıcı qaz və su şırnaqları tətbiq edilib, bir neçə nəfər xəsarət alıb.
Chosen
15
2
sherg.az

10Sources