EN

Azərbaycan avarçəkənləri növbəti medallarını qazanıblar

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan komandası medallarını qazanıb. SİA xəbər verir ki, Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə gümüş medala sahib olub.

Günün birinci yarısında birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olan Amil Ramazanov 200 metrdə də eyni nəticəni təkrarlayıb.

Daha əvvəl heyətində ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib və bürünc medalla kifayətlənib.

Chosen
23
3
sia.az

10Sources