EN

III MDB Oyunları: Azərbaycan avarçəkənləri növbəti medallarını qazanıblar

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan idmançıları uğurlu nəticələr göstəriblər.

90deqiqe.Az-ın məlumatına görə, 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə Əlimurad Hacızadə gümüş medal qazanıb. Günün əvvəlində 2007-2008-ci il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 500 metr məsafəyə çıxış edən Amil Ramazanov da 200 metrdə bürünc medala sahib olub.

Daha əvvəl isə Azərbaycan komandası ikinəfərlik kayak qayığında 200 metr məsafədə İvan Vorobjanski-Hüseyn Həsənov dueti ilə finiş xəttini üçüncü yerdə keçərək bürünc medalla kifayətlənmişdi.

Chosen
24
3
90deqiqe.az

10Sources