“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin Belarusda işləyə bilər.
Sportal.az “Football.by” portalına istinadən xəbər verir ki, rus mütəxəssis “ML-Vitebsk”lə danışıq aparır.
78 yaşlı məşqçi həftəsonundan sonra Belarus çempionatının liderinin rəhbərliyi ilə danışıqlara gələcək.
“ML-Vitebsk” 24 oyunda 52 xalla turnir cədvəlində liderdir, lakin liqada ardıcıl dörd məğlubiyyətlə üzləşiblər.
Syominin son məşqçi vəzifəsi 2021-ci ildə tərk etdiyi "Rostov" olub. O, həmçinin "Lokomotiv"(Moskva), "Dinamo"(Moskva), Rusiya millisini, "Dinamo”(Kiyev), "Qəbələ", “Mordoviya” və “Anji”də işləyib.
saytlarin hazirlanmasi