Azərbaycan yığmasının üzvü Anna Yusupova Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən marafon yarışında uğurlu çıxışla yadda qalıb.


Bu barədə Rekord.az-a federasiyadan məlumat verilib.


Atletimiz 02:48:10 nəticə ilə Balkan marafonunun gümüş medalını qazanıb. A.Yusupova bu göstərici ilə həmçinin Skopye marafonunun bürünc medalına sahib çıxıb.