EN

İran rialdakı sıfırları silir

İran parlamenti milli valyuta olan rialın yenidən denominasiya planını təsdiqləyib.

"Unikal" xəbər verir ki, yeni plan əskinaslardan dörd sıfırın çıxarılmasını təklif edir. Beləliklə, 10 000 riallıq əskinas bir riala çevriləcək. Bir rial isə öz növbəsində 100 kerana bölünəcək.

İran Mərkəzi Bankı mövcud pul sistemi və valyuta ehtiyatlarına uyğun olaraq valyuta məzənnələrinin təyin edilməsi və xarici valyutanın alış-satışını həyata keçirəcək.

“İkili dövriyyə mərhələsi” kimi tanınan üç illik keçid dövrü həm cari, həm də yeni rialların eyni vaxtda dövriyyəsini nəzərdə tutur. Bu müddət ərzində mövcud əskinas və sikkələr mərhələli şəkildə dövriyyədən çıxarılacaq. Yüksək inflyasiya və rialın ucuzlaşması fonunda İranda yenidən denominasiya planı uzun illərdir müzakirə olunur.

Dörd sıfırın silinməsi maliyyə əməliyyatlarını, mühasibat uçotunu və valyutanın gündəlik istifadəsini sadələşdirməyə yönəlib.

Chosen
41
10
unikal.az

10Sources