EN

Özbəkistan prezidenti Qəbələdə TDT sammitində iştirak edəcək

Özbəkistan Prezidenti Şövkət Mirziyayev oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, Ş.Mirziyayev Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitinin tədbirlərində iştirak edəcək.

Bildirilib ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin cari məsələləri daxildir.

"Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - deyə qeyd olunub.

Xatırladaq ki, TDT Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı birləşdirən türk ölkələrinin beynəlxalq əməkdaşlıq təşkilatıdır. TDT-nin əsas məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Chosen
11
19
axar.az

10Sources