EN

Qurban Qurbanov Ramil Şeydayevdən istədiyini ala bilmək üçün…

Ramil Şeydayev iki ildən uzun sürən ayrılıqdan sonra «Qarabağ» formasıyla ilk matçına çıxdı.

Qurban Qurbanov ötən müddətdə Tailanddan Türkiyəyə, oradan «Neftçi»yə qədər ol ölçmüş hücumçunu düz 1 saat meydanda saxladı.

Baş məşqçinin həmişə böyük simpatiya ilə yanaşdığı Şeydayev bu 1 saatda «Kəpəz»in qapısına yol tapa bilmədi.

Düzdür, bir epizodu oldu, onda da hədəfə düşməyi bacarmadı.

Ramilə hələ vaxt lazımdır ki, tədricən forma yığsın. Bu proses ən azı 1 ay çəkəcək.

Dörd-belə oyun keçirməlidir ki, özünü, meydanı və rəqib qapısını hiss eləsin. Ondan tez kölgədən çıxa bilməyəcək.

«Qarabağ» meydandan 1:0-lıq qələbəylə ayrıldı.

Qurbanov «Kopenhagen»lə matçda yorulmuş aparıcı futbolçuların heç birini əsas heyətə daxil etməməklə, ikinci heyətdə yer alanlara özünü göstərmək imkanı yaratdı.

Onlar da bu fürsətdən yararlanmadı. Ümumiyyətlə, «Qarabağ» dünən pis təsir bağışlamadı, çox pis təsir bağışladı.

Qurbanov 60-cı dəqiqədən sonra as fiqurları oyuna atdı ki, qalan bölüm rahat keçsin, plan yenə tutmadı.

O, bircə buna sevinə bilər - Hikmət Cəbrayılzadə ilə Ramil Şeydayev yavaş-yavaş oyun təcrübəsi qazanır.

MUSA

Chosen
31
sportinfo.az

1Sources