EN

“Neftçi”nin rəsmi mağazasının açılış mərasimi oldu

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Neftçi” PFK-nın rəsmi mağazası bundan sonra “Gənclik Mall”da yerləşən “GO Sport”da da fəaliyyət göstərəcək.

Futbolpress.az xəbər verir ki, bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.

Tədbirdə klub rəhbərliyi ilə yanaşı, futbolçular – Emin Mahmudov, Mustafa Sek və Falaye Sako da iştirak ediblər.

Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlər onlarla xatirə şəkilləri çəkdiriblər. Açılışa qatılan qonaqlarımıza “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
5
futbolpress.az

7Sources