ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsini dayandırmaq üçün təklif etdiyi sülh planı Tehranda ciddi narahatlıq yaradıb.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin “Israel Hayom” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, plan İsrailin strateji mövqeyini gücləndirsə də, İran hakimiyyəti bunu öz maraqlarına qarşı yönəlmiş addım kimi qiymətləndirir.
Qəzetin məlumatına görə, planın əsas məqsədi girovların azad edilməsi və HƏMAS-ın hərbi gücünün tamamilə məhv edilməsidir. Lakin Tehran hesab edir ki, HƏMAS və “Hizbullah”ın zəifləməsi, eləcə də İraqdakı silahlı qruplar və Suriya rejiminin zərbə alması İslam Respublikasının regional təsirini xeyli azalda bilər.
“Israel Hayom” yazır ki, bu vəziyyət Tehranda rejim dəyişikliyi qorxusunu gücləndirib. Analitiklərə görə, İran rəhbərliyi öz mövqeyini qorumaq üçün İsrailə qarşı qəfil hücum ehtimalını da nəzərdən keçirə bilər.
Musavat.com