"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel Formula 1 üzrə Sinqapur qran-prisində qalib gəlib.


Rekord.az xəbər verir ki, ikinci yeri "Red Bull"u təmsil edən niderlandlı Maks Ferstappen tutub.


İlk "üçlüy"ü "McLaren"i təmsil edən britaniyalı Lando Norris tamamlayıb.


Qran-prinin növbəti mərhələsi oktyabrın 17-dən 19-dək ABŞ-nin Texas ştatının Ostin şəhərində keçiriləcək.