Çexiyada keçirilən seçkilərdə Andrey Babişin rəhbərlik etdiyi ANO (Narazı Vətəndaşların Fəaliyyəti) hərəkatının qələbəsi bütün Avropa İttifaqında tamamilə yeni siyasi vəziyyət yaradır ki, burada sağçı mühafizəkar qüvvələr güclənir.
“İki sahil” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Kossuth radiostansiyasında çıxışı zamanı deyib.
O, hesab edir ki, vətənpərvər siyasətçi indi Çexiyada hökumət başçısı postunu tuta bilər:
"Digər tərəfdən, Avropa İttifaqında tamamilə fərqli siyasi dövr başlayır, çünki üç Mərkəzi Avropa ölkəsində (Macarıstan, Slovakiya və Çexiya) hakimiyyətdə vətənpərvər baş nazirlər – Viktor Orban, Robert Fitso və Andrey Babiş olacaq".
Orban və Babiş Avropa İttifaqı ölkələrində liberal demokratik partiyalara qarşı mübarizə aparan və Avropa Parlamentində eyniadlı fraksiya yaradan sağçı mühafizəkar "Avropa Vətənpərvərləri" koalisiyasının yaradıcılarıdır.