EN

İsrailə görə İstanbul konserti ləğv olundu

Britaniyalı müğənni Robbi Uilyamsın oktyabrın 7-də İstanbulda planlaşdırılan konserti yerli hakimiyyət orqanları tərəfindən ləğv edilib.

Konsert təşkilatçıları bütün tamaşaçıların biletlərinin pulunu geri alacaqlarını bildirib.

"Robbi Uilyamsın oktyabrın 7-də İstanbulda keçiriləcək konserti əyalət rəhbərliyi tərəfindən ləğv edilib” deyə, təşkilatçılar məlumat yayıb. 

Konsert ətrafında siyasi qalmaqal yaranıb. Türkiyənin bir neçə vətəndaş cəmiyyəti təşkilatı Uilyamsın İsraili dəstəkləyən bəyanatlarına istinad edərək şounun ləğvini tələb edib. Təzyiqlərin artması fonunda regional hakimiyyət tədbiri ləğv etmək qərarına gəlib.

Konsert yeri iki dəfə dəyişdirilib. Son məkan İstanbulun Ataköy səmtindəki açıq hava konsert salonu olmalı idi. 100 dollardan başlayan və 155 dollara qədər yüksələn biletlər tez tükənib, VIP yerlərin qiyməti isə 480 dolları keçib.

Qeyd edək ki, Robbi çoxdan İstanbulda çıxış etmək istəyirdi. O, əvvəllər Bodrumda çıxış etmişdi və Türkiyənin ən böyük metropoluna gəlmək arzusunda olduğunu bildirib. Onun həyat yoldaşı, aktrisa Ayda Field türk əsillidir.//Axşam.az

Chosen
7
2
musavat.com

4Sources