EN

III MDB Oyunlarının iştirakçıları Şuşada olublar

III MDB Oyunlarının iştirakçıları Şuşanın mədəni irsi ilə tanış olublar...

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları başa çatıb.

Mükafatlandırma mərasimindən dərhal sonra idmançılar və nümayəndə heyətlərinin üzvləri Qarabağın incisi olan qədim Şuşa şəhərinə tura yola düşüblər.

Səfər zamanı qonaqlar şəhərin tarixi və mədəni məkanlarını gəziblər: Şuşanın Mərkəzi Meydanı, əfsanəvi “Xan qızı” bulağı, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və məşhur Cıdır düzü. Tur iştirakçılarına Azərbaycan mədəniyyətinin beşiyi, görkəmli şairlərin, musiqiçilərin və rəssamların vətəni olan Şuşanın tarixi barədə məlumat verilib. Qonaqlar şəhərin özünəməxsus ab-havasını xüsusi vurğulayıblar.

Turun sonunda iştirakçılar Şuşanın mənzərələri yerləri fonunda xatirə fotoları çəkdiriblər. Axşam dostluq mühitində keçirilən şam yeməyi ilə davam edib.

Poliqon.info

Chosen
13
8
poliqon.info

10Sources