Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ümumilikdə 108 komandanın mübarizəsində paylanılan pul mükafatları bəlli olub.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə futbolun maliyyə dünyasını araşdıran “Football Meets Data” məlumat yayıb.
Məlumata əsasən, Avropa kuboklarında ən çox pul mükafatı qazanan 10 ölkənin siyahısı:
1. İngiltərə: 376 milyon avro;
Bu həftə: 11 milyon avro.
2. İspaniya: 271 milyon avro;
Bu həftə: 6 milyon avro.
3. Almaniya: 255 milyon avro;
Bu həftə: 5 milyon avro.
4. İtaliya: 232 milyon avro;
Bu həftə: 8 milyon avro.
5. Fransa: 199 milyon avro;
Bu həftə: 6 milyon avro.
6. Niderland: 110 milyon avro;
Bu həftə: 1 milyon 150 min avro.
7. Portuqaliya: 105 milyon avro;
Bu həftə: 900 min avro.
8. Belçika: 69 milyon avro;
9. Yunanıstan: 55 milyon avro;
10. Çexiya: 52 milyon avro;
Bu həftə: 850 min avro.
Türkiyə sıralamada 11-ci pillədə yerləşib. “Qalatasaray”, “Fənərbağça” və “Samsunspor”un mübarizəsi ilə Türk komandalarının UEFA-dan əldə etdiyi ümumi gəlir 51 milyon avro təşkil edib.