AZ

UEFA-nın ən çox pul mükafatı verdiyi 10 ölkənin adı açıqlandı

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ümumilikdə 108 komandanın mübarizəsində paylanılan pul mükafatları bəlli olub.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə futbolun maliyyə dünyasını araşdıran "Football Meets Data" məlumat yayıb.

Məlumata əsasən, Avropa kuboklarında ən çox pul mükafatı qazanan 10 ölkənin siyahısı: Dominos pizza

1. İngiltərə: 376 milyon avro;

Bu həftə: 11 milyon avro.

2. İspaniya: 271 milyon avro;

Bu həftə: 6 milyon avro.

3. Almaniya: 255 milyon avro;

Bu həftə: 5 milyon avro.

4. İtaliya: 232 milyon avro;

Bu həftə: 8 milyon avro.

5. Fransa: 199 milyon avro;

Bu həftə: 6 milyon avro.

6. Niderland: 110 milyon avro;

Bu həftə: 1 milyon 150 min avro.

7. Portuqaliya: 105 milyon avro;

Bu həftə: 900 min avro.

8. Belçika: 69 milyon avro;

9. Yunanıstan: 55 milyon avro;

10. Çexiya: 52 milyon avro;

Bu həftə: 850 min avro.

Türkiyə sıralamada 11-ci pillədə yerləşib. "Qalatasaray", "Fənərbağça" və "Samsunspor"un mübarizəsi ilə Türk komandalarının UEFA-dan əldə etdiyi ümumi gəlir 51 milyon avro təşkil edib.


Telegram kanalımız
Seçilən
15
2
yenisabah.az

3Mənbələr