EN

İsraillə HƏMAS arasında danışıqlar Şarm əl-Şeyxdə keçiriləcək

BAKI, 5 oktyabr. TELEQRAF

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə etmək üçün İsrail nümayəndə heyətini Misirə göndərəcək.

Teleqraf xəbər verir ki, danışıqlar Sinay yarımadasında yerləşən Şarm əl-Şeyxdə baş tutacaq.

"Nümayəndə heyəti sabah Şarm əl-Şeyxə yola düşəcək", - Baş Nazirlikdən bildirilib.

Bir gün əvvəl Misir Xarici İşlər Nazirliyi İsrail və Fələstinin HƏMAS hərəkatı arasında danışıqların növbəti mərhələsinin oktyabrın 6-da Misirdə keçiriləcəyini açıqlamışdı.

Chosen
12
4
teleqraf.com

5Sources