EN

Çində yeni virusa yoluxma sürətlə artır

Axar.az saytına istinadən ain.az xəbər verir.

Çinli həkimlər ölkənin cənubundakı Quanqdonq əyalətində çikunqunya virusuna 3181 yeni yoluxma halı qeydə alıblar.

Axar.az xəbər verir ki, bu barədə Regional Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (RCDC) məlumat yayıb.

Sentyabrın 21-dən 27-dək Quanqdonda 3153, sentyabrın 14-dən 20-dək isə 2426 yeni yoluxma halı aşkarlanıb. Viruslar sentyabrın 28-dən oktyabrın 4-dək müəyyən edilib.

Xəstəlik yalnız ağcaqanad dişləməsi yolu ilə ötürülür. Bölgədə tez-tez baş verən tayfunlar qızdırmanın yayılmasına qarşı mübarizəni çətinləşdirir. Güclü yağışlar və daimi rütubət ağcaqanadların çoxalması üçün əlverişli şərait yaradır.

Hazırda çikunqunya virusuna qarşı nə spesifik müalicə, nə də peyvənd mövcuddur. İnkubasiya dövrü adətən 3–12 gün arasında dəyişir. Yoluxmuş şəxslərdə qızdırma, titrətmə, bel və oynaqlarda ağrılar, həmçinin səpkilər müşahidə olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
9
axar.az

10Sources