Bakı. Trend:
Çinli həkimlər ölkənin cənubundakı Quanqdonq əyalətindəçikunqunya virusuna 3181 yeni yoluxma halı qeydə alıblar.
Trend məlumatınagörə, bu barədə Regional Xəstəliklərə Nəzarət və ProfilaktikaMərkəzi (RCDC) məlumat yayıb.
Sentyabrın 21-dən 27-dək Quanqdonda 3153, sentyabrın 14-dən20-dək isə 2426 yeni yoluxma halı aşkarlanıb. Viruslar sentyabrın28-dən oktyabrın 4-dək müəyyən edilib.
Xəstəlik yalnız ağcaqanad dişləməsi yolu ilə ötürülür. Bölgədətez-tez baş verən tayfunlar qızdırmanın yayılmasına qarşımübarizəni çətinləşdirir. Güclü yağışlar və daimi rütubətağcaqanadların çoxalması üçün əlverişli şərait yaradır.
Hazırda çikunqunya virusuna qarşı nə spesifik müalicə, nə dəpeyvənd mövcuddur. İnkubasiya dövrü adətən 3–12 gün arasındadəyişir. Yoluxmuş şəxslərdə qızdırma, titrətmə, bel və oynaqlardaağrılar, həmçinin səpgilər müşahidə olunur.