EN

"Sevilya" "Barselona"nı darmadağın etdi

Futbol üzrə İspaniya çempionatının VIII turunda "Sevilya" "Barselona"nı darmadağın edib. Metbuat.az xəbər verir ki, qarşılaşma Sevilyadakı "Ramon Sançes Pisxuan" stadionunda baş tutub və 4:1 hesabı ilə başa çatıb.Belə ki, 13-cü dəqiqədə Aleksis Sançes "Barselona"nın qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. 37-ci dəqiqədə İsaak Romero meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. Bir qədər sonra Markus Reşford fərqi azaldıb. 74-cü dəqiqədə Robert Levandovski penaltini qola çevirə bilməyib.Matçın son dəqiqələrində Xose Anxel Karmona (90) və Akor Adams (90-+ 6) daha iki qol vuraraq yekun hesabı müəyyənləşdiriblər.

Bu qələbə ilə "Sevilya" La Liqanın turnir cədvəlində altıncı pilləyə yüksəlib, "Barselona" isə liderlərdən 4 xal geri qalaraq dördüncü pillədə qalıb.

Chosen
14
8
metbuat.az

10Sources