EN

ABŞ dövlət katibi Trampın mümkün varisinin adını açıqlayıb

“ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens Respublikaçılar partiyasının növbəti prezidentliyə namizədi ola bilər”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsi zamanı deyib.  

"İnanıram ki, əgər o, namizəd olmaq qərarına gəlsə, Vens Respublikaçıların növbəti namizədi olacaq. O, mənim dostumdur, əla iş görür və deyərdim ki, bizim əla komandamız var", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da mümkün varisi kimi Vensin adını açıqlayıb.

Daşqın Həsənov

Missiya.Az

Chosen
26
5
missiya.az

9Sources