EN

Tramp: ABŞ Fələstin-İsrail münaqişəsinin həllinə yaxındır

BAKI, 6 oktyabr. TELEQRAF

ABŞ Fələstin-İsrail münaqişəsinin həllinə yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatının Norfolk şəhərində Hərbi Dəniz Qüvvələrinin Atlantik donanmasının 250 illiyi münasibətilə keçirilən tədbirdə bəyan edib.

“Biz sizi yalnız zəruri hallarda döyüşə göndərmək istəyirik. Hazırda bir çox ocaqda alovları söndürürük. Bəlkə də bəziləri ‘biz döyüşmək istəyirik’ deyə düşünür. Amma mən bu münaqişələri danışıqlar yolu ilə həll edirəm. Biz artıq 3 min ildir davam edən bir münaqişənin həllinə çox yaxınlaşmışıq”, – deyə Tramp bildirib.

Chosen
33
teleqraf.com

1Sources