EN

Tramp UFC turnirini Ağ Evdə keçirəcək - yubiley günündə unikal döyüş şousu

ABŞ-ın 47-ci prezidenti Donald Tramp növbəti il UFC qarışıq döyüş növləri turnirinin Ağ Evdə keçiriləcəyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Tramp bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin paradında çıxışı zamanı məlumat verib:

“Gələn ilin 14 iyununda Ağ Evdə böyük UFC döyüşü keçiriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, həmin gün həm də Donald Trampın 80 illik yubileyi qeyd olunacaq.

Turnirdə iştirak etmək istədiklərini artıq bir sıra ulduz döyüşçülər açıqlayıblar – Konor Makqreqor (İrlandiya), Con Cons (ABŞ), Merab Dvalişvili (Gürcüstan), İliya Topuriya (İspaniya–Gürcüstan) və Xamzat Çimayev (Çeçenistan) bu mötəbər tədbirdə döyüşmək arzusunda olduqlarını bildiriblər.

Turnirin təşkilati işlərinə UFC prezidenti Dana Uayt şəxsən rəhbərlik edir. Onun sözlərinə görə, hazırda logistika məsələləri üzərində iş aparılır, döyüş kartının tərtibinə isə 2026-cı ilin fevralında başlanacaq.

Chosen
19
2
90deqiqe.az

3Sources