Bakı. Trend:
"Ultimate Fighting Championship" (UFC) titul uğrunda döyüş2026-cı il iyunun 14-də, ABŞ Prezidenti Donald Trampın anadanolmasının ildönümündə Ağ Evin meydanında keçiriləcək.
Trend xəbər verirki, bu barədə Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin AtlantikDonanmasının Virciniya ştatının Norfolk şəhərindəki əsas bazasındaordunun 250 illik yubileyi münasibətilə çıxışı zamanı məlumatverib.
“Gələn ilin iyunun 14-də Ağ Evdə, Ağ Evin ərazisində böyük UFCdöyüşü olacaq”, – Tramp bildirib.
Qeyd edək ki, həmin gün Amerika administrasiyasının rəhbəri 80illik yubileyini qeyd edəcək.