EN

Rusiyanın üç hava limanı fəaliyyətini dayandırdı

Soçi, Nijni Novqorod və Gelencikdə hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə Rosaviatsiya nümayəndəsi Artyom Korenyako saat 01:18-də özünün "Telegram" kanalında məlumat verib.

O qeyd edib ki, bu tədbir uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Dünən axşamdan etibarən Saratovdakı Qaqarin və Tambovdakı Donskoye hava limanlarında da təyyarələrin qəbul və buraxılması ilə bağlı məhdudiyyətlər qüvvədədir. Bundan əlavə, Penza vilayətinin bəzi rayonlarında “Xalça” planı tətbiq olunub.

Chosen
38
publika.az

1Sources