Soçi, Nijni Novqorod və Gelencikdə hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. SİA xəbər verir ki, bu barədə Rosaviatsiya nümayəndəsi Artyom Korenyako saat 01:18-də özünün "Telegram" kanalında məlumat verib.
O qeyd edib ki, bu tədbir uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Dünən axşamdan etibarən Saratovdakı Qaqarin və Tambovdakı Donskoye hava limanlarında da təyyarələrin qəbul və buraxılması ilə bağlı məhdudiyyətlər qüvvədədir. Bundan əlavə, Penza vilayətinin bəzi rayonlarında “Xalça” planı tətbiq olunub.
Bu plan bütün uçuş aparatları üçün hava məkanının bağlanması rejimi deməkdir və havada olan bütün təyyarə və helikopterlərin dərhal enməsi və ya həmin zonadan çıxarılması əmri verilir. Belə rejim müxtəlif səbəblərlə tətbiq oluna bilər: məsələn, ani hava şəraitinin dəyişməsi, başqa dövlətin hava gəmisinin hava məkanını pozması və ya PUA hücumları zamanı.