EN

Zaxarova Almaniya kanslerini ələ salıb

Zaxarova

“Almaniya “Şimal axını” qaz kəmərinin partladılmasını hələ çözməyib, amma artıq başqa vəziyyətlə bağlı nəticə çıxarmağa başlayıb”.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın sözlərini “İzvestiya” özünün Telegram kanalında yayıb.

Rusiya XİN rəsmisi Almaniya kansleri Fridrix Mertsin ölkəsinin səmasında pilotsuz uçuş aparatlarının görünməsi ilə bağlı iddiasına ironik şərh edib:

“Rəsmi Berlin “Şimal axını” boru kəmərləri ilə bağlı olayı tam araşdırmayıb və hələ də onları kimin partlatdığını bilmirlər. Yəqin ki, gələn əsrdə özü pilotsuz təyyarələrə əl atacaq”, - diplomat ironiya ilə bildirib.

ELÇİN
Chosen
8
1
reyting.az

2Sources