EN

Sidneydə silahlı insident baş verib

Avstraliyanın cənub-şərq sahilində yerləşən Sidney şəhərində öz mənzilindən atəş açan yaşlı kişi saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Sky News Australia" məlumat yayıb.

Hadisə nəticəsində ən azı 16 nəfərin yaralandığı, bir neçə avtomobilə — o cümlədən taksi və polis maşınına ziyan dəydiyi bildirilib.

Məlumata görə, kişi iri çaplı tüfəngdən ətrafa 100-dən çox atəş açıb. Polis tərəfindən saxlanılan şəxsin evindən bir neçə odlu silah götürülüb.

Hazırda o, polis nəzarəti altında xəstəxanadadır.

Chosen
9
1
ikisahil.az

2Sources