EN

Azərbaycanda bu tarixdə qar yağacaq: soyuqlar gəlir – XƏBƏRDARLIQ

“Sentyabr ayı digər illərlə müqayisədə bu il sərin keçdi. Düzdür, son iki gündür havanın temperaturunda artım var. Amma bu, müvəqqəti haldır. Qarşıdakı dövrdə temperatur kəskin düşəcək. Bu il payız aylarından başlayaraq havalar çox soyuq keçəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında ekoloq alim Telman Zeynalov deyib.

Onun fikrincə bu il payız aylarında qarın yağması mümkündür:

“Düzdür, qışda 2-3 gün qar yağıb, dayana bilər. Amma qış aylarında hava sərt və çox soyuq keçəcək. Rusiyada artıq payız yox, qış başlayıb. Bizdə də belə olacaq. Hətta ola bilər ki, oktyabrda qar da yağsın. Hər şey mümkündür”.

Chosen
4
12
konkret.az

10Sources