Papuaşvili sosial şəbəkədə yazıb ki, xanım Kallas və xanım Kos öz mətbuat katibinin hakimiyyətin devrilməsi məqsədilə keçirilən toplantıya dəstəyinə görə üzr istəmirlər. Onun sözlərinə görə, həmin toplantı zamanı prezident sarayına hücum nəticəsində 25 polis əməkdaşı xəsarət alıb.
"Əgər düzgün başa düşürəmsə, Kallas və Kos mətbuat katiblərinin hakimiyyətin devrilməsinə yönəlmiş tədbiri dəstəkləməsinə görə üzr istəmirlər. Halbuki məhz bunu Gürcü cəmiyyəti bu gün Avropa İttifaqından gözləyir," - deyə Papuaşvili qeyd edib.
O, həmçinin Aİ rəsmilərini Gürcüstandakı seçkilərlə bağlı "faktlara uyğun olmayan, yanlış narrativlər" yaymamağa çağırıb:
"Bütün Aİ nümayəndələrini yalnış və faktlarla uzlaşmayan məlumatlar yaymaqdan çəkinməyə çağırıram. Bu, radikal qüvvələrin demokratiyanı, qanunun aliliyini və insan haqlarına hörməti sarsıtmaq istəyini daha da gücləndirir," - deyə parlament sədri vurğulayıb.