EN

Payızda zehni aydınlıq üçün skumbriya yeyin

Diyetoloq Manovska: Diqqəti artırmaq və yorğunluğu azaltmaq üçün payızda skumbriya yeyin.

E-saglam.az xəbər verir ki, Coral Club beynəlxalq sağlamlıq şirkətinin terapevti və qidalanma mütəxəssisi Elena Manovska payızda diqqətsizlik, zehni yorğunluq və yaddaş problemlərinin qarşısını almaq üçün omeqa-3 yağ turşuları ilə zəngin qidaları gündəlik rasiona daxil etməyi tövsiyə edib.

Manovska Lenta.ru-ya açıqlamasında bildirib:

“Payızda beynin sağlam qalması üçün onu omeqa-3, B qrup vitaminləri, maqnezium və antioksidantlarla təmin etmək vacibdir".

Mütəxəssis skumbriya, somon və sardina kimi yağlı balıqların qəbulunu artırmağı məsləhət görüb. Onun sözlərinə görə, bu məhsullar beyinin fəaliyyətini gücləndirir, diqqət dağınıqlığını azaldır və yaddaşı dəstəkləyir.

Diyetoloq həmçinin qoz, badam və kətan toxumu kimi qidaların maqnezium və E vitamini baxımından zəngin olduğunu, bunların da beyin hüceyrələrini oksidləşdirici stressdən qoruduğunu vurğulayıb.

Bundan əlavə, Manovska ispanaq, arugula və digər yaşıl yarpaqlı tərəvəzlərin orqanizmi fol turşusu və B vitaminləri ilə təmin etdiyini, qaragilə, zoğal kimi giləmeyvələrin isə qan dövranını və idrak qabiliyyətini yaxşılaşdıran flavonoidlər mənbəyi olduğunu bildirib.

Mütəxəssis payız menyusunu az miqdarda tünd şokoladla (yüksək kakao tərkibli) tamamlamağı da tövsiyə edib. Onun sözlərinə görə, tünd şokolad sinir sistemini yumşaq şəkildə stimullaşdırır və diqqətin cəmlənməsinə kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
17
e-saglam.az

1Sources