EN

Naxçıvanda müəllim dərs zamanı vəfat etdi

Naxçıvanda müəllim məktəbdə vəfat edib.

Tribunainfo.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə baş verib.Dərs zamanı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə Kamil qızı Budaqovanın qəfil halı pisləşərək yıxılıb.

İlkin ehtimala görə, müəllimin beyninə qan sızıb. Hadisə yerinə çağırılan tibbi yardımın səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
12
37
tribunainfo.az

10Sources