EN

Bu metroda oturacaqlar söküldü

Metronun 28 May stansiyasında sərnişinlər üçün nəzərdə tutulan oturacaqlar sökülüb. Metbuat.az Barometr TV-yə istinadən xəbər verir ki, qərarın yaşlılar, uşaqlı qadınlar və səhhətində problem olan sərnişinlər üçün çətinlik yaratdığı qeyd olunub. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu addım sərnişin sıxlığı və hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə atılıb:

“28 May” stansiyası sərnişin sıxlığı ilə seçilən stansiyalardan biridir. Bu səbəbdən görülən işlər sərnişinlərin maraqlarına xidmət edir. “28 May”da sərnişinlərin hərəkət təhlükəsizliyini və qatara minib-düşmə rahatlığını təmin etmək məqsədilə platformanın sərnişin axını xüsusi intensiv olan stansiya yolu sahəsində oturacaqlar ləğv edilib. Lakin sərnişinlər stansiyanın orta zalında əyləşə bilərlər”.

Chosen
22
9
metbuat.az

10Sources