EN

Kiyev küçələrində Rusiyanın dövlət himni səsləndirilib

Kiyevdə bir qrup yeniyetmə paytaxt küçələrinin birində Rusiyanın dövlət himnini səsləndirib. Hadisə ilə bağlı yayılan görüntülərdə gənclərin aptek qarşısında toplaşaraq portativ səsgücləndirici vasitəsilə himni ifa etdikləri görünür.

Vətəninfo.az xəbər verir ki, video görüntülər “Politika Strana” (“Ölkə siyasəti”) adlı Telegram kanalında dərc olunub və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Hadisənin səbəbləri barədə rəsmi açıqlama verilməsə də, sosial şəbəkələrdə yayılan fikirlər birmənalı olmayıb. Bəziləri bunu təxribat hesab edərkən, digərləri sadəcə gənclərin məsuliyyətsiz davranışı kimi dəyərləndirir.

Qeyd edək ki, bundan əvvəl Odessa şəhərində rus mahnılarının ifası ilə bağlı oxşar insident baş verib. Strana.ua-nın məlumatına görə, fəal Yuliya Karavajak küçə ifaçısına hücum edərək ictimai qarşıdurmaya səbəb olub. Mübahisə məhz rus musiqisinin səsləndirilməsi ilə başlamışdı.

Ukrayna hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparıb-aparmadığı barədə hələlik rəsmi məlumat yaymayıb.

Chosen
9
veteninfo.az

1Sources