Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 4 milyard 748 milyon manat təşkil edib.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % azdır.
Gömrük daxilolmaları proqnozdan 1,6 % az icra edilib.
Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 9 ay ərzində həmin məbləğin 71,9 %-i təmin olunub.