EN

"“Labubu” cizgi filmi uşaqların inkişafına zərər vurur" - Şəhla Əliyeva

Loqoped Şəhla Əliyeva “Labubu” adlı cizgi filmi və onun oyuncaqları barədə fikirlərini bölüşüb.

News365.az xəbər verir ki, onun sözlərinə görə, bu tip cizgi filmləri uşaqlar üçün tərbiyəvi və öyrədici məzmun daşımır, əksinə onların inkişafına zərər vurur.

“Bu cizgi tam bir xaosdur. Burada nə süjet var, nə dialoq, nə də bir mesaj. Sadəcə bir oyuncaq obrazı üzərindən mənasız səhnələr göstərilir. Uşaqlar burada nə öyrənir? Heç nə. Ona görə də bir çox uşaqlarda nitq ləngiməsi, diqqət və görmə problemləri yaranır. Çünki bu cizgilərin 90 faizi səssiz və məzmunsuzdur”, – deyə loqoped bildirib.

Şəhla Əliyeva qeyd edib ki, belə cizgi filmləri uşaqların psixoloji və sosial inkişafına mənfi təsir edir:
“Valideynlər çox vaxt şikayət edirlər ki, uşaq cizgi filmindən sonra sakit oturmur, çox hərəkətli olur. Bunun səbəbi məhz belə təsirsiz və çaşdırıcı məzmunlardır. Uşağın düzgün inkişafı üçün ilk növbədə onu bu tip cizgilərdən qorumaq lazımdır”.

Loqopedin fikrincə, valideynlər uşaqlarına nitqi, davranışı və emosional inkişafı dəstəkləyən məzmunlar təqdim etməlidirlər.

News365.az

Chosen
5
news365.az

1Sources