EN

İrəvan Ankaraya mesaj göndərdi: Ermənistan-Azərbaycan sülhü Türkiyə ilə sərhədlərin açılmasına yol açacaq

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə münasibətlərdə nikbin açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Ermənistan XİN sözçüsü Ani Badalyan “Armenpress”ə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında normallaşma prosesi ilə bağlı bəyanatını şərh edib.

Badalyan bildirib ki, Ermənistanla Türkiyə arasında siyasi dialoq yüksək səviyyədədir və artıq sərhəddə körpülərin təmiri kimi layihələr icra olunur:

“Ünsiyyətdən və münasibətlərin normallaşmasından danışanda daha geniş mənzərə ortaya çıxır. Əlbəttə, bütün bunlar iki ölkə arasında münasibətlərin tam normallaşmasına xidmət edir”.

O əlavə edib ki, İrəvanın gözləntisi Ermənistan-Azərbaycan sülh müqaviləsinin paraflanmasıdır:

“Bu, Türkiyə ilə münasibətlərin normallaşmasına töhfə verəcək və sərhədlərin açılmasına gətirib çıxaracaq. Bu isə çox vacibdir”.

Musavat.com

Chosen
10
4
musavat.com

5Sources