Birləşmiş Aviasiya Korporasiyası (BAK) dövlət müdafiə müqaviləsi çərçivəsində Rusiya Müdafiə Nazirliyinə Su-34 qırıcı-bombardmançı təyyarələrinin yeni partiyasını istehsal edib və təhvil verib.
Herbiand.az bildirir ki, BAK-ın tərkibinə daxil olduğu “Rostex” dövlət korporasiyasının mətbuat xidmətinin məlumatına görə, Su-34 çoxməqsədli bombardmançı təyyarə yüksək manevr qabiliyyətini, geniş silah çeşidini və istənilən şəraitdə səmərəli fəaliyyət göstərmək qabiliyyətini özündə birləşdirir.
BAK-ın baş direktoru Vadim Badexa qeyd edib ki, BAK müəssisələri Rusiya Aerokosmik Qüvvələri qarşısında öhdəliklərini yerinə yetirərək hərbi texnika istehsalının yüksək tempini qoruyur: “Bu, bu il sonuncu tədarük deyil. Zavodlardakı əməkdaşlarımız Rusiya Müdafiə Nazirliyi üçün tələb olunan təyyarə istehsalı həcmlərini təmin etmək üçün istehsal proseslərini daim təkmilləşdirirlər”.
Bəxtiyar CƏFƏRLİ