EN

Dövlət büdcəsinin gəlirləri 2025-ci ilin 9 ayında 29,1 milyard manata çatıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 29 milyard 142,4 milyon manat təşkil edib. Bu göstərici doqquz aylıq proqnozu 675,2 milyon manat və ya 2,4% üstələyib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd olunub. 

Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 124 mindən çox ödəniş tapşırığı icra olunub və büdcə icrasında müsbət dinamika qeydə alınıb.

Gəlirlərin mənbələri:

Dövlət Vergi Xidməti xətti ilə daxilolmalar -12 milyard 455,8 milyon manat, bu da proqnozdan 614,2 milyon manat və ya 5,2% çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar- 34,5 milyon manat, proqnozu 31,2% üstələyib (8,2 milyon manat çox).

Sair daxilolmalar- 563,2 milyon manat, bu sahədə artım 2,2 dəfə, yəni 304,4 milyon manat təşkil edib.

Dövlət Neft Fondundan transfertlər-10 milyard 860,7 milyon manat, bu rəqəm 100% proqnozla uyğun icra olunub.

Azərbaycanın 2025-ci il dövlət büdcəsi neft və qeyri-neft sektorundan gələn gəlirlərin balanslaşdırılması, fiskal dayanıqlığın qorunması və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə hazırlanıb. Büdcə gəlirlərinin əsas hissəsini Dövlət Vergi Xidməti və Dövlət Neft Fondundan transfertlər təşkil edir.

Sair gəlirlər üzrə müşahidə olunan kəskin artım son dövrlər şəffaflığın artırılması və rəqəmsal vergi inzibatçılığının tətbiqi ilə əlaqələndirilir.

Büdcənin icrası üzrə bu göstəricilər Azərbaycan hökumətinin vergi daxilolmalarını artırmaq və fiskal proqnozları aşmaq üzrə strategiyasının müsbət nəticələr verdiyini göstərir.

Aytac 

Chosen
14
1
anews.az

2Sources