EN

Ukrayna gizli batareyalar şəbəkəsi yaradıb

Ukrayna öz elektrik şəbəkəsini Rusiyanın hücumlarından qorumaq üçün gizli batareyalar şəbəkəsi yaradıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Nəşrin məlumatına görə, energetiklər Kiyev və Dnepropetrovsk vilayətində ABŞ istehsalı olan 6 güclü akkumulyator parkı quraşdırıblar. Onların ümumi gücü 200 MVt təşkil edir ki, bu da təxminən 600 000 evi iki saat ərzində enerji ilə təmin etmək üçün kifayətdir.

Bildirilib ki, batareyalar şəbəkəyə qoşulub və başqa bir enerji mənbəyi sıradan çıxdıqda işə düşəcək və bu, elektrik kəsilməsinin qarşısını almağa kömək edəcək.

Hücum hədəfinə çevrilməməsi üçün batareyaların yeri gizli saxlanılır.

Chosen
13
3
konkret.az

5Sources